• 30 Noyabr 2021
logo
Qazaxıstanda Azərbaycan Ticarət evi açılıb

Qazaxıstanda Azərbaycan Ticarət evi açılıb

Mayın 25-də Qazaxıstanda Azərbaycan Ticarət evi kompleksinin açılış mərasimi keçirilib.

Trend bu barədə Azərbaycanın Qazaxıstandakı səfirliyinə istinadən məlumat verir.

Mərasim zamanı səfir Rəşad Məmmədov bildirib ki, yaxın zamanlarda Ticarət evinin filialları Aktau və Almatı şəhərlərində də açılacaq:

"Ticarət evinin açılması həm Azərbaycan məhsullarını qazaxıstanlı istehlakçılar üçün daha əlçatan edəcək, həm də iki ölkə arasındakı ticari-iqtisadi əlaqələrin inkişafı üçün yaxşı platforma olacaq".