• 4 Oktyabr 2022
logo
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Xəlifə bin Zayed Al Nəhyandan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

Zati-alinizə möhkəm cansağlığı, səadət, dost Azərbaycan xalqına isə müdrik rəhbərliyinizlə davamlı rifah və tərəqqi arzulayıram".