• 1 Oktyabr 2022
logo
KİV nümayəndələri üçün mühəndis texnikası ilə tanışlıq məqsədilə media-tur təşkil edilib

KİV nümayəndələri üçün mühəndis texnikası ilə tanışlıq məqsədilə media-tur təşkil edilib

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində aparılan işlər davam etdirilir. APA-nın məlumatına görə, bu məqsədlə Türkiyə Respublikasından alınan müasir tələblərə cavab verən mühəndis texnikası və avadanlıqları Azərbaycan Ordusunun arsenalına qəbul olunur.

Azad edilmiş ərazilərimizin minalardan təmizləmə işlərinin sürətləndirilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsində istifadə olunan yeni texnika və avadanlıqlarla tanışlıq məqsədilə mayın 25-də kütləvi informasiya vasitələri (KİV) nümayəndələri üçün media-tur təşkil olunub.
Media nümayəndələrinə mühəndis-istehkam bölmələri tərəfindən müasir texnika və avadanlıqlardan istifadə etməklə ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri praktiki nümayiş etdirilib.

Yeni texnika və avadanlıqların dərindən öyrənilməsi və bacarıqla istifadə edilməsi məqsədilə hərbi qulluqçuların kurslara cəlb olunması barədə media nümayəndələrinə ətraflı məlumat verilib.

Sonda kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara müvafiq sertifikatlar təqdim edilib.