• 1 Dekabr 2021
logo
Mühəndis qoşunları 6 min hektardan çox ərazini minalardan təmizləyib

Mühəndis qoşunları 6 min hektardan çox ərazini minalardan təmizləyib

"Mühəndis qoşunları hazırda bütün güc vasitələri ilə aktiv şəkildə minatəmizləmə və partlamamış döyüş sursatlarınln təmizləməai işlərinə cəlb edilib".

Bunu bunu Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin rəisi, general-mayor Anar Kərimov deyib. İdarə rəisi bildirib ki, işğaldan azad edilmiş ərazilərdə Müdafiə Nazirliyinin Mühəndis Qoşunları tərəfindən bu günə qədər 6 min 200 hektardan artıq ərazi təmizlənərək aidiyyəri üzrə dövlət qurumlarına təhvil verilib: "Proses mütəmadi olaraq davam etdirilir. Burada tək şəxsi heyət deyil, xidməti itlərin və mexaniki minatəmizləmə vasitələrdən geniş şəkildə istifadə edilir. Bununla bağlı eyni zamanda digər minatətəmizləmə işlərinə cəlb edilən qurumlarla da sıx əlaqələr təşkil olunur".