• 7 Dekabr 2021
logo
Mərakeş Kralı Azərbaycan Prezidentini təbrik edib

Mərakeş Kralı Azərbaycan Prezidentini təbrik edib

Mərakeş Kralı VI Məhəmməd Prezident İlham Əliyevi 28 May – Respublika Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:
“Zati-aliləri, əziz qardaşım.

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə şəxsən öz adımdan və Mərakeş xalqı adından ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıram.

Fürsətdən istifadə edərək, bildirirəm ki, ölkələrimiz arasında uzunmüddətli, səmimi münasibətlərə böyük önəm verirəm və bütün sahələrdə əlaqələrimizin daha da genişləndirilməsi istiqamətində Sizinlə birgə çalışmağa davam edəcəyəm”.