• 29 Sentyabr 2022
logo
İndoneziya və Sinqapur dövlət başçıları Prezident İlham Əliyevi təbrik ediblər

İndoneziya və Sinqapur dövlət başçıları Prezident İlham Əliyevi təbrik ediblər

İndoneziya və Sinqapur dövlət başçıları Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanlayıblar.

İndoneziya Prezidenti Coko Vidodonun təbrikinddə deyilir:
“Zati-aliləri,

28 May - Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edir, Zati-alinizə cansağlığı və xoşbəxtlik, eləcə də xalqınıza davamlı tərəqqi, firavanlıq diləyir, ən xoş arzularımı çatdırıram.

Ümidvaram ki, İndoneziya və Azərbaycan arasında mövcud olan dostluq münasibətləri xalqlarımızın və ölkələrimizin rifahı naminə davamlı inkişaf edəcək.

Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı, Sizə möhkəm cansağlığı və rifah arzularımı qəbul edin”.

Sinqapur Respublikasının Prezidenti Həlimə Yaqubun təbrik məktubunda isə deyilir:

“Zati-aliləri,

Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sinqapur xalqı adından ölkənizə və xalqınıza ən səmimi təbriklərimi, habelə davamlı sülh, xoşbəxtlik və rifah diləyir, ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

COVID-19 pandemiyasına qarşı mübarizədə birgə səylərimizi davam etdirdiyimiz bir dövrdə Sinqapur insanların həyatının, yaşayışının qorunması və pandemiyanın təsirinin azaldılması üçün bundan sonra da beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq edəcək”.