• 6 Oktyabr 2022
logo
Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması üçün imkan yaranıb - Lavrov

Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması üçün imkan yaranıb - Lavrov

Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması üçün imkan yaranıb.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, Rusiya Cənubi Qafqazda Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi çərçivəsində pis işləməyib:

"İndi isə biz Azərbaycan-Ermənistan münasibətlərinin və ümumilikdə Cənubi Qafqazda mühitin normallaşmasına kömək edirik. Burada 1990-cı illərdən bəri Qarabağ münaqişəsi ilə əlaqədar bağlı qalmış bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının, o cümlədən bizim sayəmizdə açılması üçün imkan yaranıb".