• 3 Oktyabr 2022
logo
Azərbaycanda Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin nümayəndəliyi yaradılacaq

Azərbaycanda Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin nümayəndəliyi yaradılacaq

Azərbaycanda Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzinin (MSİBM) nümayəndəliyi yaradılacaq.

APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan “Azərbaycan Respublikası Hökuməti ilə Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) arasında MSİBM-in Azərbaycan Respublikasında statusuna dair” Sazişin təsdiq edilməsi haqqında” qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, nümayəndəlik hüquqi şəxs statusuna malik olacaq. Nümayəndəliyin binası toxunulmazdır. Nümayəndəliyin mülkiyyəti və aktivləri inzibati, məhkəmə və ya qanunverici fəaliyyət nəticəsində axtarışdan, iddiadan, müsadirədən, özününküləşdirmədən və müdaxilənin hər hansı digər formasından azad olacaq.

Qərar layihəsi müzakirələrdən sonra səsə qoyularaq bir oxunuşda qəbul edilib.