• 4 Oktyabr 2022
logo
Deputat: “Bəzi dövlətlər Azərbaycanın zəfərini həzm edə bilmir”

Deputat: “Bəzi dövlətlər Azərbaycanın zəfərini həzm edə bilmir”

“Azərbaycana qarşı bir sıra dövlətlərin qeyri-konstruktiv yanaşmasının şahidi oluruq”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.
Deputat bildirib ki, Azərbaycanın 44 günlük zəfərini bir sıra dövlətlər həzm edə bilmir: “Bunun heç bir əhəmiyyəti yoxdur. Dünən Prezident İlham Əliyev bu məsələlərə aydınlıq gətirdi. Zəngəzur dəhlizinin dekabr ayına qədər istifadəyə veriləcəyini, sərhədlərin delimistasiyasının baş tutacağını bildirdi. Eyni zamanda Prezident ABŞ-la münasibətlərimizə də toxundu. ABŞ-dan silah alınması məsələsindən bəhs etdi. Əminəm ki, Dövlət Departamenti bunu nəzərə alacaq. Ancaq son vaxtlar Fransa dövləti və birbaşa dövlətin başçısı açıq-aydın Ermənistana dəstək verir, öz ətrafına müəyyən dövlətləri də qoşmağa çalışır. İstəyirlər ki, bu prosesi əksinə çevirsinlər. Buna baxmayaraq 9 noyabr bəyanatının bütün maddələri yerinə yetirilir”.