• 29 Noyabr 2021
logo
Deputat: “Nizami Gəncəvi Mərkəzinin təşkil etdiyi tədbirdə Prezident dünyaya və regiona mühüm mesajlar verdi”

Deputat: “Nizami Gəncəvi Mərkəzinin təşkil etdiyi tədbirdə Prezident dünyaya və regiona mühüm mesajlar verdi”

“Dünən Nizami Gəncəvi Mərkəzinin təşkil etdiyi çox mühüm tədbir keçirildi”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, əslində, bu konfrans Azərbaycanın regionumuzda yaratdığı yeni reallığın qlobal müstəvidə təqdimatı idi: “Mərkəz vasitəsilə Azərbaycan Prezidentinin dünyaya və region ölkələrinə verdiyi mesajları üç mühüm istiqamətdə qruplaşdıra bilərik. Bunlardan birincisi, münaqişənin arxada qalması və artıq gələcəyə baxmağın vacibliyi, ikincisi, yeni reallığa uyğun olaraq münasibətlərdə yeni yanaşmanın formalaşdırılması, üçüncüsü isə ümumi birgə gələcəyə hazır olmağın zəruriliyidir.

Bütün bu istiqamətlər üzrə Azərbaycanın mövqeyini bəyan edən Prezident İlham Əliyev ölkəmizin birgəyaşayışa, hətta Ermənistanla sülh sazişi imzalamağa hazır olduğunu bildirdi. Bu mövqe sərhədlərin qarşılıqlı tanınması ilə tamamlanan mühüm siyasi aktdan sonra regionun inkişafı və inteqrasiyası üçün yeni perspektivlər açmağa hesablanan məqsədlər kimi qəbul edilməlidir. Hazırda bir tərəfdən işğal dövründə bizə dəymiş maddi zərərin hesablanması, digər tərəfdən isə maddi-mənəvi irsimizin yenidən bərpası prosesi gedir. Bu, hərbi cinayəti törədənlərin cəzalandırılması üçün olduqca vacibdir”.