Prezident İlham Əliyev: Cocuq Mərcanlı Azərbaycan xalqının əyilməz ruhunun təcəssümüdür
Əsas məsələ bu gün hələ də işğal altında olan torpaqlar azad ediləndən sonra orada yeni binaların, kəndlərin, şəhərlərin salınmasıdır. Bunu da biz edəcəyik, necə ki, vaxtilə işğal altında olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisində yerləşən Şıxarx qəsəbəsində bu gün gözəl bir şəhərcik salınıb.
Bu fikri Prezident İlham Əliyev oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park-2" yaşayış kompleksinin açılışında bildirib.
Şıxarx qəsəbəsində mindən çox ailənin məskunlaşdığını vurğulayan dövlətimizin başçısı deyib: "Aprel döyüşləri nəticəsində azad edilmiş torpaqlarda yeni qəsəbə salınıb - Cocuq Mərcanlı qəsəbəsi, hansı ki, bu gün Azərbaycan xalqının əyilməz ruhunun, iradəsinin təcəssümüdür. Uzun illər evlərlə təmin edilmiş soydaşlarımız, - onların bir çoxu Biləsuvarda salınmış köçkün şəhərciyində yaşayıb, - böyük həvəslə öz doğma torpaqlarına qayıdıblar. Bu gün orada həyat qaynayır, əkin-biçin prosesi gedir, abadlıq işləri aparılır, iş yerləri yaradılır".
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. "Bizim ərazi bütövlüyümüz bütün dünya tərəfindən tanınır və biz ardıcıl olaraq bu istiqamətdə öz siyasətimizi aparırıq. Ərazi bütövlüyümüzlə bağlı heç bir kompromisdən söhbət gedə bilməz. Bu, danışıqlar mövzusu deyil və olmayacaq. Daha da güclü olmalıyıq və güclənirik. Həm iqtisadi gücümüz artır, eyni zamanda, vətəndaşlarımızın əyilməz iradəsi, öz yurdundan didərgin salınan soydaşlarımızın əzmi torpaqlarımızın azad olunacağı günü yaxınlaşdırır", - deyə dövlətimizin başçısı qeyd edib.
8 Oktyabr 2019 21:44
2 716
Digər xəbərlər
23 Sentyabr 2023 18:24
119
23 Sentyabr 2023 13:28
245
23 Sentyabr 2023 12:35
259
23 Sentyabr 2023 12:12
273
23 Sentyabr 2023 12:10
287
23 Sentyabr 2023 10:22
308
23 Sentyabr 2023 10:20
308
23 Sentyabr 2023 09:21
315
23 Sentyabr 2023 08:23
350
22 Sentyabr 2023 18:05
595
22 Sentyabr 2023 16:17
539
22 Sentyabr 2023 16:07
532