• 13 Noyabr 2019
logo
add image
Diaspor könüllüləri icma sədri ilə görüşüb

Diaspor könüllüləri icma sədri ilə görüşüb

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev ilə "Azərbaycan Diaspor Könüllüləri" proqramının bir qrup iştirakçısının görüşü keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, görüşün keçirilməsində məqsəd gəncləri Dağlıq Qarabağ mövzusu haqqında məlumatlandırmaq olub.

Görüşdə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev və əməkdaşları, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, “Azərbaycan Diaspor Könüllüləri” proqramının Koordinatoru Bəxtiyar Rəhimov, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Fərəh Tuncay Şəms, o cümlədən Ermənistan tərəfindən ölkəmizin işğal altında saxlanılan rayonlarının gəncləri iştirak edib.

Görüşdə Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev gənclərimizə Qarabağ haqqında məlumat verib. Bununla yanaşı, dağıdılmış tarixi abidələr, Qarabağ atları haqqında video çarxlar nümayiş etdirilib və gənclərimizi maraqlandıran suallar cavablandırılıb.