• 27 Aprel 2024
logo
Moskvada may ayı üçün rekord istilik qeydə alınıb

Moskvada may ayı üçün rekord istilik qeydə alınıb

Rusiyanın paytaxtı Moskva şəhərində rekord temperatur göstəricisi qeydə alınıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, mayın 18-də havanın temperaturu 29,2 dərəcəyə qədər qalxıb.
Moskvada sonuncu dəfə 1897 və 1898-ci illərin may ayında 29,1 dərəcə qeydə alınıb. Sinoptiklər havanın hərarətinin daha da yüksələcəyini, maksimal dərəcəyə günün sonunda çatacağını bildiriblər.

Moskvada yerli vaxtla saat 17-yə 30-32 dərəcə istilik gözlənilir.