• 19 Aprel 2024
logo
Türkiyə və Pakistan XİN başçıları görüşüb

Türkiyə və Pakistan XİN başçıları görüşüb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu pakistanlı həmkarı Şah Mahmud Qureyşi ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN başçısı “Twitter”də bildirib.

Görüşdə Türkiyə-Pakistan münasibətləri,Qəzzadakı son vəziyyət və Əfqanıstanda sülh prosesi müzakirə olunub.

Görüş Pakistan xarici işlər nazirinin Türkiyəyə səfəri çərçivəsində baş tutub.