• 28 Mart 2024
logo
"Makron burnunun girmədiyi yerə başını da soxur, bu, onun başına zərər verəcək..."

"Makron burnunun girmədiyi yerə başını da soxur, bu, onun başına zərər verəcək..."

"Fransa Prezidenti Emmanuel Makron burnunun girmədiyi yerə başını da soxur. Bu, onun başına zərər verəcək. Makronun sonuncu ermənipərəst açıqlamasını da şiddətlə pisləyirik. Fransa Prezidentinin hadisənin mahiyyətini anlamadan Ermənistanı dəstəkləyən açıqlaması onun haqq və hüquq bilmədiyini bir daha göstərdi. 44 günlük Vətən müharibəsi başladıqdan sonra Makronun Ermənistanı dəstəkləyən açıqlamalarını unutmamışıq".

Bunu Moderator.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri, yeni qurulan Qarabağ Savaş Suçlarını Araştırma Komisyonunu İdarə Heyəti Üzvu Hulusi Kılıç deyib.

O bidirib ki, Fransa Misk qrupunun həmsədr ölkələrindən biridir. Ona görə də tərəfsiz olmalı idi: “Ancaq Fransa Ermənistanı dəstəkləyərək tərəfsiz olmadığı sübut etdi. 28 il davam edən danışıqlar zamanı Fransanın gizli-gizli erməniləri dəstəkləməsi bu problemin həllinə ciddi mane olub. Azərbaycanla Ermənistan sərhədində demarkasiya və delimitasiya işləri aparılır. Bu barədə həm Rusiya, həm də ABŞ məlumatlıdır. Bu iki dövlətin bu məsələyə heç bir iradı olmadığı təqdirdə Makronun belə bir açıqlaması Fransanın tamamilə Ermənistanın yanında olduğunu göstərdi, onun tərəfsizliyini bir daha şübhə altına saldı. Makron Paşinyan iqtidarına xidmət edir. O, Paşinyan kimi Azərbaycanımızın guya Ermənistanın sərhədini pozması ilə bağlı yalan xəbərlər yayır. 10 noyabr Bəyanatına uyğun olaraq, Azərbaycan öz sərhədlərini bərpa edir. Makronun həqiqəti əks etdirməyən bu açıqlaması Fransanın imicinə ciddi zərbə vurub. Artıq Fransa Mins qrupunun həmsədri ola bilməz. Bu ölkə münaqişənin həlli ilə bağlı keçmişdə nə edib ki, bundan sonra da nə etsin? Fransa Prezidentinin hərəkətləri bu ölkənin problemin həllində maraqlı olmadığını bir daha ortaya qoyur”.

Hulisi Kılıç deyib ki, Makron ağlını başına yığımalıdır: “Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi ki, əgər erməniləri çox istəyirsə, ermənilərin yaşadığı Marsel bölgəsini onlara versin, adını da Ermənistan qoysun. Qarabağ Azərbaycandır. Azərbaycanın ərazi bütövlüyü BMT tərəfindən də təsdiqlənib. Ermənilər 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayaraq qardaş ölkəmizin ərazi bütövlüyünü pozub. BMT-nin qətnamələrinə baxmayaraq, 30 il bu torpaqlar Ermənistanın işğalı altında saxlanılıb. Ancaq Can Azərbaycanımızın Müzəffər Ali Baş Komandanının və Ordusunun sayəsində torpaqlar işğaldan azad edilib. Azərbaycanımızn “Dəmir yumruğu” ilə münaqişə həll edilib. Ermənistan ağlını başına yığmalıdır. “Dəmir yumruq” yerindədir”.

“Onlar bu reallıqla barışlamalı, Fransa başqa dövlətin oyuncağı olmaqdan xilas edilməlidir. Ermənistan kilsənin və erməni lobbisinin təsirindən çıxmalı, Türkiyənin və Azərbaycanın qonşusu kimi, bizimlə dinc yanaşı yaşamalıdır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa, Türkiyəyə ərazi iddialarından və yalançı soyqırımı iddialarından əl çəkərəsə, biz ona yaxşı bir qonşu olarıq, sərhədlər açılar, bölgədə uzunmüddətli sülh bərqərar olar. Makronun sonuncu açıqlaması bölgədə sülhün yaranmasına əngəl olmaqdan başqa bir şey deyidir”, deyə Hulusi Kılıç əlavə edib.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron Sünik bölgəsindəki vəziyyətdə ölkəsinin Ermənistanla həmrəy olduğunu açıqlayıb. O, bu barədə özünün “Twitter” səhifəsində yazıb: “Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazilərinə təcavüz edib. Dərhal geri çəkilməlidirlər. Yenidən erməni xalqına müraciət edirəm: Fransa sizinlə həmrəydir və bu, belə davam edəcək”.