• 29 Mart 2024
logo
"Şuşada təməli qoyulan məscid İlham Əliyevin adını daşısın"

"Şuşada təməli qoyulan məscid İlham Əliyevin adını daşısın"

Qüdrət Həsənquliyev: "İlham Əliyev bu haqqı əldə edib'

Məlum olduğu kimi Şuşa şəhərində səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev burada yeni məscidin təməlini qoyub.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev BayMedia-nın sorğusuna cavabında Şuşada yeni məscidin inşa edilməsini alqışladığıni bildirib və təməli qoyulan məscidlə bağlı təşəbbüslə çıxış edib. BAXCP sədri deyib: "İlham Əliyev o haqqı əldə edib ki, Şuşada təməlini qoyduğu məscid onun adını daşısın.
Ümid edirəm Qafqaz Müsəlmanları İdarəsi,Respublika Ağsaqqallar Şurası, siyasi və ictimai təşkilatlar bu ideyanı dəstəkləyəcək".