• 5 İyul 2025
logo
Azərbaycan Prezidenti: “Bu gün ölkəmizin tarixində əlamətdar gündür. Uzun fasilədən sonra Şuşada “Xarıbülbül festivalı keçirilir”

Azərbaycan Prezidenti: “Bu gün ölkəmizin tarixində əlamətdar gündür. Uzun fasilədən sonra Şuşada “Xarıbülbül festivalı keçirilir”

“Əziz dostlar, bu gün ölkəmizin tarixində əlamətdar gündür. Uzun fasilədən sonra Cıdır düzündə, hər birimiz üçün müqəddəs olan Şuşada “Xarıbülbül” festivalı keçirilir. Bu münasibətlə Sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”.

Bunu Prezident İlham Əliyev Şuşada “Xarıbülbül” festivalının açılışında deyib.

İlham Əliyev: “Hesab etdim ki, atamın məzarını ziyarət edəndən sonra onun Vətəninə – Naxçıvana gəlim. Bu səfərin çox böyük rəmzi mənası var”
Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub
Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatı olub - YENİLƏNİB
Dövlət başçısı bildirib ki, biz bu günü səbirsizliklə 30 il gözləmişik: “30 il Vətən həsrəti ilə yaşamışıq. 30 il ədalətsizliklə barışmalı olurduq, amma barışmırdıq və hər dəfə deyirdik ki, bu vəziyyətlə biz heç vaxt barışmayacağıq. Nəyin bahasına olursa-olsun öz doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik və bunu etdik”.