• 28 Noyabr 2021
logo
Lavrov: “Dağlıq Qarabağda vəziyyət normallaşıb”

Lavrov: “Dağlıq Qarabağda vəziyyət normallaşıb”

Dağlıq Qarabağda vəziyyət normallaşıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyanla görüşünün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Rusiya sülhməramlı qüvvələri tərəfindən əhəmiyyətli olmayan insidentlər operativ və səmərəli şəkildə nizamlanır.

“Dağlıq Qarabağ nizamlanmasında biz müsbət tendensiya müşahidə edirik, vəziyyət əhəmiyyətli dərəcədə normallaşıb. Rusiya sülhməramlıları təhlükəsizliyin zəmanətçisi kimi çıxış edir. Sülhməramlılar təmas xətti və Laçın dəhlizi boyunca yerləşdirilib. Onlar hərbi əsirlərin mübadiləsinə də daim diqqət ayırırlar”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

S. Lavrov qeyd edib ki, üçtərəfli bəyanatların icrası istiqamətində Baş nazirlərin müavinləri səviyyəsində işçi qrup aktiv şəkildə çalışır.