• 13 İyul 2025
logo
Gürcüstan XİN başçısı: “Ceyhun Bayramovla bir sıra vacib mövzuları müzakirə etdik”

Gürcüstan XİN başçısı: “Ceyhun Bayramovla bir sıra vacib mövzuları müzakirə etdik”

“Azərbaycanlı həmkarımla bir sıra vacib mövzuları müzakirə etmək imkanım oldu”.

Bunu Azərbaycanda səfərdə olan Gürcüstanın xarici işlər naziri David Zalkaliani “Twitter” hesabında bildirib.

“Azərbaycanlı həmkarımla vacib görüş keçirmək və regional təhlükəsizlik, Gürcüstan-Azərbaycan strateji tərəfdaşlığı və gələcək əməkdaşlıq perspektivləri kimi bir sıra vacib mövzuları müzakirə etmək fürsətim oldu”, - deyə D. Zalkaliani qeyd edib.