• 1 Dekabr 2021
logo
Vaqif Əliyev: "Şuşadakı Qazançı kilsəsinin tarixi görkəmi özünə qaytarılacaq"

Vaqif Əliyev: "Şuşadakı Qazançı kilsəsinin tarixi görkəmi özünə qaytarılacaq"

"Şuşada yerləşən Qazançı kilsəsində hazırda təmir işləri aparılır".

Bunu açıqlamasında mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev deyib.

O bildirib ki, kilsə təmir edilərək əvvəlki tarixi görkəminə qaytarılacaq: "Ermənilər nə deyirlər, özləri bilər. Başqa cür də ola bilməz, tarixi abidələr həmişə öz tarixi görkəmlərini qoruyub saxlamalıdır".