• 24 Mart 2023
logo
YAP-la AKP-nin birgə videokonfransı keçirilib

YAP-la AKP-nin birgə videokonfransı keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası ilə Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) birgə videokonfransı təşkil edilib.

APA-nın məlumatına görə, tədbir ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə “Azərbaycan-Türkiyə, bir millət, iki dövlət: Qarabağ Zəfəri sonrası reallıqlar və uydurma “erməni soyqırımı” açıqlamasının regionda sülhə və stabilliyə təsirləri” mövzusunda keçirilib.