• 29 Noyabr 2020
logo
Azərbaycan Prezidenti Teymur Rəcəbovu təbrik edib

Azərbaycan Prezidenti Teymur Rəcəbovu təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qrossmeyster Teymur Rəcəbovu təbrik edib. Dövlət başçısının təbrik məktubunda deyilir:
"Əziz Teymur,
Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kuboku uğrunda yarışlarda qələbə qazanmağın münasibətilə səni ürəkdən təbrik edirəm.
Sən yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək qazandığın bu qələbə ilə Dünya Kubokunun sahibi olan ilk şahmatçımız kimi Azərbaycan idmanının tarixində şanlı səhifə açdın.
Sənə ən xoş arzularımı yetirir, yeni-yeni qələbələr diləyirəm".