• 27 Noyabr 2020
logo
“Ermənilər qazdıqları quyuya özləri düşdülər”, - Elnur Eltürk

“Ermənilər qazdıqları quyuya özləri düşdülər”, - Elnur Eltürk

“Düdelanj” – “Qarabağ” qarşılaşmasında təxribatın müsbət tərəfi də oldu. Ermənilər qazdıqları quyuya özləri düşdülər”. Baymedia.az xəbər verir ki, bu fikirləri AMEA Mərkəzi Elmi Kitabxananın direktor müavini Elnur Eltürk səsləndirib. E.Eltürk qeyd edib ki, təxribatdan sonra dünyanın nüfuzlu qəzet və agentlikləri Qarabağ məsələsinə yenidən diqqət ayırıblar: “Bu da informasiya savaşında əvəzolunmaz amildir. İspaniyanın dünyaca məşhur “Marca” nəşrində hadisə ilə bağlı məqalə çap olunub. Nəzərinizə çatdırım ki, “Marca” milyonlarla oxucusu olan qəzetdir. Qəzetdə Ermənistanın işğalçılıq siyasəti gündəmə gətirilib”.