• 6 Dekabr 2024
logo
Ərdoğan: “Cənubi Kipr dürüst davranmadıqca, problemin həlli mümkün deyil”

Ərdoğan: “Cənubi Kipr dürüst davranmadıqca, problemin həlli mümkün deyil”

“Kipr probleminin uzunmüddətli həllinə nail olmaq üçün Cənubi Kiprin müsbət addım atacağını gözləmirəm. Nə qədər ki, dürüst davranmayacaqlar, o zamana qədər onlarla bir müstəvidə saziş imzalamağımız mümkün deyil”.

Bunu APA-nın yerli bürosuna Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən Kipr mövzusunda Cenevrədə 5+1 formatında keçirilən qeyri-rəsmi toplantının nəticəsinə mövqe bildirərkən deyib.

R.T.Ərdoğan bildirib ki, məsələ ilə bağlı 3 ay sonra keçiriləcək toplantıda Cənubi Kipr doğru mövqedə olacağı təqdirdə Kipr probleminin həlli mümkün olacaq.

Qeyd edək ki, 27-29 aprel tarixlərində Cenevrədə Kiprlə bağlı 5+1 formatında Çimali və Cənubi Kipr rəhbərlərinin, Böyük Britaniya, Yunanıstan və Türkiyənin xarici işlər nazirlərinin, BMT-nin Baş Katibinin iştirakı ilə keçirilən toplantıda Kipr probleminin uzunmüddətli həllində Yunanıstan və Cənubi Kipr tərəfi irəli sürülən şərtlərlə razılaşmayıb.