• 7 Dekabr 2021
logo
Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupuna yeni rəhbər seçilib

Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupuna yeni rəhbər seçilib

Gürcüstan parlamentinin vitse-spikeri Arçil Talakvadze Gürcüstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun yeni rəhbəri seçilib.

APA-nın yerli bürosunun xəbərinə görə, parlamentin bu gün keçirilən plenar iclasında baş tutan səsvermədə 86 deputat onun namizədliyini dəstəkləyib.

Qeyd edək ki, A. Talakvadze aprelin 24-də Gürcüstan parlamentinin spikeri postundan istefa verib