• 3 Dekabr 2021
logo
BMT: Azərbaycan hökumətinin minaların təmizlənməsi ilə bağlı fəaliyyətini alqışlayırıq

BMT: Azərbaycan hökumətinin minaların təmizlənməsi ilə bağlı fəaliyyətini alqışlayırıq

Azərbaycan hökumətinin minaların təmizlənməsi ilə bağlı fəaliyyətini alqışlayırıq.

APA-nın xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə keçirilən vebinarda BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai deyib.

O bildirib ki, hələ 1998-ci ildə BMT tərəfindən ANAMA-nın yaradılması ilə bağlı öz dəstəyini göstərib.

Q. İshaqzainin sözlərinə görə, ANAMA tərəfindən böyük işlər görülür və təşkilat öz işinin öhdəsindən layiqincə gəlir.

“Mən özüm Əfqanıstanda müharibənin dəhşətlərini görmüşəm. Ona görə də bu məsələnin Azərbaycan üçün əhəmiyyətini başa düşürəm”, - deyə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi vurğulayıb.