• 7 Dekabr 2024
logo
Çavuşoğlu: “Kiprlə bağlı görüşlərimizin müsbət nəticəsi olmadı”

Çavuşoğlu: “Kiprlə bağlı görüşlərimizin müsbət nəticəsi olmadı”

“Təəssüf ki, Kiprlə bağlı görüşlərimizin müsbət nəticəsi olmadı. Yalnız suveren bərabərlik nəzərə alınarsa, prosesin davam etməsi mümkündür”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Cenevrədə Kiprlə bağlı 5+1 formatında keçirilən toplantıdan sonra Şimali Kiprin prezidenti Ersin Tatarla birgə keçirilən mətbuat konfransında bildirib.

Qeyd edək ki, BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə 2017-ci ildən bəri ilk dəfə olaraq bu il 27-29 aprel tarixlərində Cenevrədə Kiprlə bağlı 5+1 formatında toplantı keçirlib.

A.Guterreş bildirib ki, gözlənilən nəticə əldə olunmayıb, amma bu istiqamətdə cəhdlər yenə davam etdiriləcək.