• 7 Dekabr 2024
logo
İcraçı direktor: "İndiyədək 100-ə yaxın diaspor təşkilatının layihəsi maliyyələşdirilib"

İcraçı direktor: "İndiyədək 100-ə yaxın diaspor təşkilatının layihəsi maliyyələşdirilib"

Azərbaycan Diasporuna Dəstək Fondu dövlət başçısının sərəncamı ilə 2018-ci ildə publik hüquqi şəxs kimi yaradılıb.

APA-nın məlumatına görə, bunu mətbuat konfransında Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru Əkrəm Abdullayev bildirib.

O deyib ki, fond xaricdə yaşayan, fəaliyyət göstərən azərbaycanlıların lobbiçilik fəaliyyətinə dəstək göstərmək üçün təsis olunub: “Bütün fəaliyyət elektron sistem üzərində qurulub, bu günə qədər 300-ə qədər təşkilat və fərd sistemdə qeydiyyatdan keçib. Bu günə qədər təxminən 100-ə yaxın diaspor təşkilatı tərəfindən təqdim olunan layihələr maliyyələşdirilib. 44 günlük müharibə dövründə təkcə ölkəmizdə yaşayan vətəndaşlar deyil, xaricdəki soydaşlarımız da maddi və mənəvi cəhətdən ordumuzun yanında olublar, siyasi arenada, sosial şəbəkələrdə çox aktiv fəaliyyət göstəriblər. 31 dekabr müraciətində dövlət başçısı müraciətində də diasporun fəaliyyətini yüksək qiymətləndirib. "YAŞAT" Fondu ilə bir çox görüşlər keçirdik və qərara gəldik ki, "YAŞAT" Marafonunu keçirək. Bu gündən artıq marafona start verilir. Bir ay müddətində tanınmış səfirlərlə xaricdə müxtəlif kampaniyalar aparılacaq, son olaraq 25 mayda televiziya vasitəsilə müraciətlər olacaq. Gələcəkdə də bunu ənənəvi etmək fikrimiz var, bu, gənc nəslin formalaşdırılması, vətənpərvər olması üçün çox əhəmiyyətli olacaq”.