• 3 Dekabr 2021
logo
İran səfiri Rusiya XİN başçısının müavini ilə görüşüb

İran səfiri Rusiya XİN başçısının müavini ilə görüşüb

İranın Rusiyadakı səfiri Kazım Cəlali xarici işlər naziri Məhəmməd Cavad Zərifin səs yazısının yayılması fonunda Rusiya Xarici İşlər Nazirliyində (XİN) olub.

APA-nın Moskva müxbirinin xəbərinə görə, səfir jurnalistlərə açıqlamasında səs yazısı məsələsinin müzakirə olunmadığını bildirib.

Rusiya XİN-in yaydığı məlumatda İran səfirinin nazir müavini Andrey Rudenko ilə görüşdüyü, Mərkəzi Asiya və Cənubi Qafqaz regionu daxil olmaqla regional gündəmdə olan aktual məsələlər barədə fikir mübadiləsi aparıldığı vurğulanıb.