• 29 Noyabr 2020
logo
Deputat: Azərbaycan-Rusiya münasibətlərinin strateji müttəfiqlik səviyyəsində olması iki ölkənin maraqlarına tam uyğundur

Deputat: Azərbaycan-Rusiya münasibətlərinin strateji müttəfiqlik səviyyəsində olması iki ölkənin maraqlarına tam uyğundur

Hazırkı mürəkkəb beynəlxalq münasibətlər şəraitində Rusiya - Azərbaycan münasibətləri hər iki ölkənin maraqları kontekstində mühüm əhəmiyyət kəsb edir.
Bunu açıqlamasında Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına baş tutan işgüzar səfəri və Soçidə Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşlərdə müzakirə olunan məsələlər bir daha ondan xəbər verir ki, bu münasibətlərin strateji müttəfiqlik səviyyəsində olması iki ölkənin maraqlarına tamamilə uyğundur:
"Təsadüfi deyil ki, Azərbaycan Prezidenti iki ölkə arasındakı münasibətlərdən danışarkən bildirdi ki, prezidentlər səviyyəsində keçirilən belə görüşlər iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir. Azərbaycan üçün Rusiya ən mühüm tərəfdaş, dost, mehriban qonşudur. Əlbəttə, münasibətlərin belə yüksək səviyyəsi hazırda mövcud olan mürəkkəb geostrateji çağırışlar kontekstində iki dost və qonşu ölkənin təhlükəzislik maraqları baxımından da aktualdır. Ona görə də tərəflər arasında yol xəritəsinin reallaşdırılması bu münasibətlərə yeni stimul verir. Prezident İlham Əliyev Valday klubunun fəaliyyətini də yüksək qiymətləndiriərək onu dünyanın ən mühüm məsələlərinin müzakirə olunduğu platforma kimi qiymətləndirdi. Doğrudan da qlobal çağırışlar kontekstində bu klubun fəaliyyəti dünya siyasətinə yeni rakursdan baxmağa imkan yaradan bəlkə də yeganə intellektual platformadır".
H.Babaoğu əlavə edib ki, Azərbaycan Prezidentinin Soçiyə səfəri iki ölkə arasında strateji müttəfiqlik səviyyəsində qiymətləndirilən münasibətlərin gələcək perspektivləri baxımından da olduqca önəmlidir.