• 7 Dekabr 2024
logo
Qarabağ Dirçəliş Fondunun informasiya sistemləri və ehtiyatları “Hökumət buludu”na keçəcək

Qarabağ Dirçəliş Fondunun informasiya sistemləri və ehtiyatları “Hökumət buludu”na keçəcək

Qarabağ Dirçəliş Fondunun informasiya sistemləri və ehtiyatları mərhələli plan əsasında “Hökumət buludu”na keçəcək.

Nazirlər Kabineti bununla bağlı “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı”nda dəyişiklik edib.

Qeyd edək ki, Keçid Planı “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 18 avqust tarixli 1140 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hökumət buludu” (G-cloud) Konsepsiyasına uyğun hazırlanıb. Keçid Planında dövlət informasiya sistemlərinin və ehtiyatlarının mərhələli şəkildə “Hökumət buludu”na keçidi nəzərdə tutulub.