• 7 Dekabr 2024
logo
Ermənistan Zəngəzur dəhlizinə mane ola bilməyəcək

Ermənistan Zəngəzur dəhlizinə mane ola bilməyəcək

Prezident İlham Əliyevin Zəngilana səfəri verdiyi mesajlar xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısı qətiyyətlə qeyd etdi ki, Zəngəzur Dəhlizi açılacaq və yollar çəkilir. Bu açıqlama Prezidentib qətiyyətlə bu məsələnin üzərində dayandığını göstərir.

Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq qeyd edib ki, ötən həftə Ermənistan Baş naziri Nikol Paşinyan Zəngəzura səfər edərək, Mehri dəhlizi ilə bağlı yöndəmsiz açıqlama vermişdi. Bu, Paşinyana cavab idi:

" İkincisi, dövlət başçısı Ermənistana xəbərdarlıq edərək, bir də atəş açılacaqsa, məhv ediləcək mesajını verib. Bu, Zəngəzur istiqamətindən Azərbaycan sərhədçilərinə erməni hərbiçilərinin atəş açmasına cavab idi.
Ermənistana cavab dövlət başçısı tərəfindən birbaşa sərhəd istiqamətindən verilməsi revanşistlər üçün "soyuq duş effekti" yaradır. Qeyd edim ki, Ermənistan Baş naziri Zəngəzur istiqamətində silahların alınması barədə göstəriş verib. Çünki növbəti təxribata Azərbaycanın cavabı kəskin olacaq. Bundan sonra Zəngəzurda yaşayan əhali buranı tərk etmiş olar. Bu da Paşinyan üçün seçki öncəsi çətin bir vəziyyətin yaranmasına səbəb olar".

O, bildirib ki, Ermənistan Zəngəzur dəhlizinə mane ola bilməyəcək və bu regional bu layihədir: "Bu dəhlizin açılması Türkiyə, Böyük Britaniyanın da maraqlarına cavab verir".

Cavid