Türkiyənin Azərbaycandakı sabiq səfiri dəyərli Hulusi Kılıç Metbuat.az-a özəl açıqlama verib.
Gündəmdə önəmli yer alan bir çox məsələlər barədə suallara cavab verən sabiq səfirin müsahibəsini təqdim edirik:
- Hulusi bəy, 24 aprel 2021-ci il tarixində ABŞ prezidenti Co Baydenin saxta soyqırım iddiaları ilə bağlı açıqlaması dünyada böyük rezonansa səbəb oldu. Ötən gün Türkiyə Cumhuriyyətinin başqanı Rəcəb Təyyib Ərdoğan ABŞ prezidentinin yol verdiyi tarixi səhv barədə açıqlama verdi. Bu barədə fikirləriniz nədən ibarətdir?
“Bu məsələ ilə bağlı Nazirlər Kabineti Toplantısından sonra danışan Ərdoğan, Baydenin 1915-ci ildəki ermənilərin qətliamı üçün "soyqırım" ifadəsini istifadə etməsini tənqid edərək bildirdi ki, ABŞ Prezidenti Bayden bir əsr əvvəl baş verən ağrılı hadisələr barədə əsassız, haqsız, ədalətsiz ifadələr istifadə etmişdir.
Ərdoğan, bir açıqlamasında, "tarixdəki hadisələri araşdırmaq və həqiqəti ortaya çıxarmaq üçün tarixçilərin bu işi isiyasətçilərə deyil, özlərinə buraxılmalıdır’’ fikirləri isə saxta soyqırım iddialarının əssasız olduğuna işarədir.
Mən bildirmək istəyirəm ki, heç bir hüquqi, tarixi və elmi əhəmiyyəti olmayan bu açıqlama, 300 milyonluq türk xalqını üzmüşdür. Amerika milyonlarla hindunu qətl etdi, Xirosima Naqasaki şəhərlərinə atom boması atdı, Vyetnamda Koreyada neçə min günahsızın qanına əlini bulayıb. Zaman-zaman tarixdə yaşananlardan yeni bir hadisə yaratmaq düzgün deyildir. Ümumiyyətlə Baydenin açıqlaması barədə düşünürəm ki, bu baş verənlər radikal erməni qrupların və Türkiyəyə qarşı olan çevrələrin təziqi ilə edilmişdir.
- Hulusi bəy, Baydenin açıqlaması hansı hadisələrə hesablanmışdır?
“Baydenin bu açıqlaması bölgədə gərginliyə səbəb oldu. 44 günlük müharibədən sonra altılıq tərkibdə platformanın yaradılması nəzərdə tutulmuşdu. Ermənistan da bu platformaya üzv ölkələrdən olacaqdı. Amma Baydenin açıqlamasında sonra Ermənistan-Azərbaycan-Türkiyə arasında münasibətlərə də zərər dəydi. İndi gəlsin Bayden cavab versin. Düşünürəm ki, Baydenin açıqlaması nifrət, qəzəb, kin, intiqam kimi hissləri yenidən alovlandırır. Biz Türkiyə olaraq bu açıqlamanı rədd edirik. Tarixən təhrif edilmiş sapdırılmış bir açıqlamadır. Əgər Bayden soyqırım tanımaq istəyirsə 1992-ci ildə baş verən Xocalıdakı qətliamı görüb, o soyqırımı tanısınlar.
- Qarşıdan Brüseldə keçirilməsi planlaşdırılan NATO-nun növbəti zirvə görüşü gəlir. Türkiyə-Amerika münasibətlərini hansı gələcək gözləyir?
“Bildiyiniz kimi biz ABŞ ilə NATO-da müttəfiqik. Bir çox sahədə əməkdaşlığımız oldu. Koreyada, Əfqanıstanda uzun müddətli işbirliyimiz oldu. Erməni lobisinin təzyiqi ilə NATO-dakı bir ölkəyə qarşı bu açıqlama çox ağlasığmazdır.
23 aprel 2021-ci ildə Ərdoğan və Bayden arasında olan telefon əlaqəsi zamanı edilən müzakirədə NATO samiti zamanı 14 iyun 2021 -ci ildə Brüseldə görüş qərarı alınıb. Biz bu görüşün önəmini anlayıb və çox böyük qiymət veririk. Yalnız bu müzakirədən sonra hansı qərarların alınacağı bəlli olacaqdır. Biz erməni probleminə görə Türkiyə-ABŞ münasibətlərini zədələyə bilmərik. Bizim ABŞ ilə münasibətlərimiz Ermənistana görə pozula bilməz. Eynən ABŞ-dan da gözlədiyimiz də budur. Ermənistana görə Türkiyə ilə münasibətlərə xələl gətirilməməlidir. Türkiyə Baydenə təklif edəcəkdir ki, gəlin biz arxivlərimizi yenidən açırıq. Tarixə baxıb özünüz görəcəksiniz ki, faktlar nədən ibarətdir və kimlər soyqırım törədibdir”.
- Azərbaycan-Türkiyə münasibətləri qarşıdan gələn NATO Zirvə görüşündə hansı predmetdə olacaqdır? İki qardaş ölkənin ABŞ ilə görüşə hazırlıqları hansı səviyyədədir?
“Bildiyiniz kimi, 24 aprel 2021 ci ildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev, Türkiyə Cumhuriyyətinin prezidenti Rəcəb Təyyib Ərdoğana zəng edərək, qardaşlığını, həmrəyliyini göstərib ortaq bir qərar barədə fikir mübadiləsi apardı. Bundan sonra qarşıdakı günlərdə Azərbaycan və Türkiyə prezidentləri görüşərək ortaq hansı addımlar atıla bilər onları müzakirə edəcəklər. 14 iyunda Türkiyə Amerika münasibətlərinin gələcəyi barədə yeni fikirlərin yaranacağı ilk qarşılıqlı müzakirədən sonra bəlli olacaqdır. Düşünürəm ki, məhz bu baxımdan Azərbaycanın fikirlərini də ABŞ nəzərə almalıdır. Çünki Azərbaycan Qafqazın Qərbə açılan qapısı olduğu üçün həm də Avropanın enerji təhlükəsizliyini təmin edən bir dövlətdir. Odur ki, ABŞ Azərbaycanın fikirlərini də nəzərə almalıdır. Baydenin saxta soyqırım kimi açıqlamaları yalnız gələcək üçün zərərlidir, təhlükəlidir.
Biz həmişə deyirik ki, siyasətçilər siyasət ilə, tarixçilər də tarix ilə məşğul olmalıdırlar. Tarixçilərin işinə siyasətçilər qarışarsa yalanın yaranmasına səbəb olar, saxta qərarlar alarlar.
Biz əməkdaşlıq etdiyimiz dövlətlərdən yalnız dostluq gözləyirik. Ermənistandan da gözləntimiz budur ki, gəlib mehriban qonşuluq etməyi bacarsınlar”.