• 30 Noyabr 2021
logo
Zelenski Polşaya səfər edəcək

Zelenski Polşaya səfər edəcək

Ukrayna Prezidenti Vladimir Zelenski mayın 3-də Polşaya səfər edəcək.

APA-nın Polşa Prezidentinin saytına istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində Ukrayna Prezidenti polşalı həmkarı Andrezj Duda ilə görüşəcək.

Ukrayna Prezidenti Polşa Konstitusiyasının 230 illiyi ilə bağlı mərasimə qatılacaq.

Polşa Prezidentinin də avqust ayında Ukraynaya səfəri planlaşdırılıb.