• 8 Dekabr 2024
logo
Rusiya və Fransa prezidentlərinin telefon danışığında Dağlıq Qarabağ ətrafındakı vəziyyətə də toxunulub

Rusiya və Fransa prezidentlərinin telefon danışığında Dağlıq Qarabağ ətrafındakı vəziyyətə də toxunulub

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Fransa tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı liderlər Ukrayna, Liviya münaqişələri barədə müzakirələr aparıblar.

Ukraynanın cənub şərqində vəziyyətin eskalasiyasından narahatlıq ifadə olunub.

Putin və Makron Dağlıq Qarabağ ətrafındakı vəziyyətlə bağlı da müzakirələr aparıblar. Vəziyyətin sakit qalması və Rusiya, Azərbaycan, Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci bəyanatlarının həyata keçirilməsi ilə bağlı işin davam etməsindən məmnunluq qeyd olunub.

ATƏT-in Minsk Qrupu xətti də daxil olmaqla, Dağlıq Qarabağ nizamlanmasının müxtəlif aspektlərinə dair qarşılıqlı hazırlıq ifadə olunub.

Rusiya və Fransa prezidentləri Aleksey Navalnı ətrafındakı vəziyyətə də toxunublar.