• 8 Dekabr 2024
logo
TBMM-in komissiya sədri: “Ermənistan müharibə cinayətinə görə məsuliyyətə cəlb olunmalıdır”

TBMM-in komissiya sədri: “Ermənistan müharibə cinayətinə görə məsuliyyətə cəlb olunmalıdır”

"Türkiyə Böyük Millət Məclisinin (TBMM) İnsan Haqlarını Araşdırma Komissiyasının üzvləri Azərbaycanın Gəncə şəhərində, Bərdə və Tərtər rayonlarında olub, İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın törətdiyi cinayətlərdən zərərçəkənlərlə görüşüb”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə parlamentinin İnsan Haqlarını Araşdırma Komissiyasının sədri, AKP Bursa millət vəkili Hakan Çavuşoğlu deyib.

O qeyd edib ki, Ermənistan müharibə cinayətinə görə beynəlxalq məhkəmə qarşısında məsuliyyətə cəlb olunmalı, dinc insanlara vurduğu zərərlə bağlı təzminat ödəməlidir.