• 5 Dekabr 2020
logo
“Bələdiyyə seçkiləri: yerli və beynəlxalq təcrübə” mövzusunda tədbir keçirib

“Bələdiyyə seçkiləri: yerli və beynəlxalq təcrübə” mövzusunda tədbir keçirib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahı Beynəlxalq Mətbuat Mərkəzində “Bələdiyyə seçkiləri: yerli və beynəlxalq təcrübə” mövzusunda tədbir keçirib.
Tədbirdə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərərgahının rəhbəri Məhərrəm Zülfüqarlı bələdiyyə seçkiləri ilə bağlı fəaliyyət proqramı haqqında geniş məlumat verib.
O, bildirib ki, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası Seçki Qərargahı 2019-cü ilin dekabrında keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkiləri ilə əlqədar özünün fəaliyyət proqramı sasında işlərini təşkil edir: “Bu işlərdən biri bələdiyyələrlə bağlı yerli və beynəlxalq təcrübə sahəsində maarifçilik işinin təşkilidir.
Bələdiyyələrin beynəlxal aləmdə 2 forması mövcuddur. Anqlosakson və fransız formaları. Azərbaycanda bələdiyyələr formalaşdırılarkən fransız formasından istifadə olunub. Yerli idarə olan bələdiyyə sahəsində bir sıra problemlər var ki, yaxın gələcəkdə bunların həlli sahəsində ciddi addımlar atılmalıdır. Bu problemlər həll olunarsa yaxın gələcəkdə vətəndaşların bələdiyyələrə inamı arta bilər.
AVCİYA Azərbaycan Respublikasında 2004-cü ildən başlayaraq hazırki dövrə qədər keçirilmiş bütün seçkilərin və referndumun monitorinqini təşkil edib. AVCİYA seçkilərin şəfaf keçirilməsinə yardım etmək məqsədilə 2004 – cü ildən bu günə kimi bir sira metodik vəsait və 16 kitabça nəşr etdirib. Assosiasiyanın hazırladığı sənədlər, Aralıq, Yekun hesabatlar və kitabların elektron variantları www.avciya.az saytında yerləşdirilib. Assosiasiya nümayəndələri Bolqarıstan, Gürcüstan, Belarus, Moldovada müxtəlif missiya tərkiblərində seçkiləri müşahidə etmişlər. AVCİYA, sıralarında 36 ölkənin nümayəndələrini birləşdirən Seçki Müşahidəçilərin Dünya Şəbəkəsinin (World Network od Election Observers – www. worldelection.net) üzvüdür”.