• 9 Dekabr 2024
logo
Prezident: "Bu günədək 1.4 milyon vaksin istifadə olunub ki, bu da əhalimizin 14 faizini təşkil edir"

Prezident: "Bu günədək 1.4 milyon vaksin istifadə olunub ki, bu da əhalimizin 14 faizini təşkil edir"

“Azərbaycan Asiya və Sakit okean hövzəsi ölkələri ilə münasibətlərə böyük əhəmiyyət verir”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında videoformatda çıxışında deyib.

Prezident bildirib ki, COVID-19 pandemiyası dünya ölkələrini yeni çağırışlarla üz-üzə qoyub: “Azərbaycan hökuməti ilk günlərdən pandemiya ilə mübarizə istiqamətində zəruri addımlar atmışdır. Koronavirusun iqtisadiyyata təsirinin azaldılması, özəl sektorun dəstəklənməsi, makroiqtisadi və maliyyə dayanıqlığının təmin olunması məqsədilə geniş sosial-iqtisadi paket təqdim edilmişdir.

Biz yanvar ayından etibarən vaksinasiyaya başlamışıq. Bu günədək 1.4 milyon vaksin istifadə olunmuşdur ki, bu da əhalimizin 14 faizini təşkil edir.

Lakin yalnız milli səviyyədə həyata keçirilən səylər dünyada pandemiyanın aradan qaldırılması üçün kifayət etmir”.