• 6 Dekabr 2021
logo
Hüseynbala Mirələmov YAP-dan çıxarılıb

Hüseynbala Mirələmov YAP-dan çıxarılıb

Hüseynbala Mirələmov Yeni Azərbaycan Partiyasının (YAP) üzvlüyündən çıxarılıb.

APA-nın məlumatına görə, bu barədə qərar bu gün YAP İdarə Heyətinin iclasında qəbul edilib.

H. Mirələmov eyni zamanda YAP Veteranlar Şurasının üzvlüyündən də çıxarılıb.
Qeyd edək ki, YAP Xətai rayon təşkilatının da sədri olan H. Mirələmovun xanım işçisinə qarşı qeyri-əxlaqi hərəkətini əks etdirən video yayılıb.