• 4 Dekabr 2024
logo
Paşinyanın Syünikə səfəri zamanı baş vermiş etiraz aksiyaları ilə bağlı cinayət işi başlanıb

Paşinyanın Syünikə səfəri zamanı baş vermiş etiraz aksiyaları ilə bağlı cinayət işi başlanıb

Ermənistanın Baş Prokurorluğu Baş nazir Nikol Paşinyanın Syünik vilayətinə səfərinə qarşı baş vermiş etiraz aksiyaları ilə bağlı cinayət işi başlayıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, faktla bağlı Ermənistan Cinayət Məcəlləsinin 258-ci maddəsi ilə (xuliqanlıq) cinayət işi başlanıb.

Qeyd edək ki, bu gün N. Paşinyanın ölkənin cənubuna, Syünik vilayətinə səfəri etirazla qarşılanıb. Bir qrup sakin Ermənistan hökumət başçısının Mehri şəhərini tərk etməsini tələb edib. N. Paşinyanı dəstəkləyən sakinlərlə etirazçılar arasında toqquşma baş verib.