Türkiyənin Azərbaycana yeni təyin olunmuş səfiri Cahid Bağcı öz işinə başlayıb.
APA-nın xəbərinə görə bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin "Twitter" səhifəsində məlumat verilib.
"Dr. Cahid Bağcı 19 aprel 2021-ci ildə Bakıya gəlib və Səfirlikdə səfirlik personalı tərəfindən qarşılanıb. Səfirlik heyəti ilə göüşdən sonra cənab Bağcı həmin gün Bakıdakı səfir vəzifəsinə başlayıb", - səfirlik bildirib.