• 13 Noyabr 2019
logo
add image
Azərbaycan və Almaniya Müdafiə nazirlikləri arasında ikitərəfli danışıqlar keçirilib

Azərbaycan və Almaniya Müdafiə nazirlikləri arasında ikitərəfli danışıqlar keçirilib

“Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında 2019-cu il üçün ikitərəfli əməkdaşlıq Proqramı”na uyğun olaraq Bakı şəhərində hər iki ölkənin müdafiə nazirlikləri arasında danışıqlar keçirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, hərbi təlim və təhsil üzrə əməkdaşlıq fəaliyyətləri müzakirə olunub, eləcə də regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.