• 18 Noyabr 2019
logo
add image
Lavrov: Dağlıq Qarabağ ətrafındakı vəziyyətin nizamlanması üzrə siyasi proses dayanıb

Lavrov: Dağlıq Qarabağ ətrafındakı vəziyyətin nizamlanması üzrə siyasi proses dayanıb

Dağlıq Qarabağ ətrafındakı vəziyyətin nizamlanması üzrə siyasi proses dayanıb, hələlik bu prosesi yerindən tərpətmək alınmır.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Valday” beynəlxalq diskussiya klubunun iclasında deyib.
O bildirib ki, son dövrlərdə təmas xəttində vəziyyət kifayət qədər sakitdir, insidentlər azdır və onlar iri deyil:
“Həlak olanların meyitləri mübadilə olunub, indi saxlanan şəxslərin mübadiləsinə hazırlıq gedir. Çox az sayda olsa da, istənilən halda, proses işə düşüb. ATƏT Minsk qrupunun həmsədrləri bir-biri ilə sıx işləyir və bu il xarici işlər nazirləri ilə artıq 3 dəfə görüşüblər. Bölgədəki vəziyyətə gəldikdə isə bir il əvvəlkindən daha sakitdir, amma siyasi proses dayanıb, və bu prosesi yerindən tərpətmək alınmır. Əlaqələr var, amma nizamlama ilə bağlı dialoq hələlik bərpa olunmayıb. Amma mən bu halda iri əməliyyatların başlaması üçün hər hansı bir aşkar və ya qeyri-aşkar təhdid görmürəm”.
S.Lavrov əlavə edib ki, Rusiya bunun baş verməməsi üçün əlindən gələni edəcək.