• 7 Dekabr 2024
logo
Ukrayna Rusiya səfirliyinin əməkdaşını “persona non qrata” elan edib

Ukrayna Rusiya səfirliyinin əməkdaşını “persona non qrata” elan edib

Rusiyanın Ukraynadakı səfirliyinin əməkdaşı “persona non qrata” elan edilib.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 19-da Ukrayna XİN Rusiyanın bu ölkədəki səfirliyinin müşavirinin diplomatik statusa zidd fəaliyyətlə məşğul olduğuna görə “persona non qrata” elan olunması barədə nota göndərib.

Rusiya XİN Ukrayna tərəfinin bu addımına sərt etiraz edib.

“Rus diplomatına qarşı ittihamlar əsassızdır. O, diplomatik funksiyaları xaricindən kənar heç bir hərəkət etməyib”, - deyə Rusiya XİN-in yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, bu addım Sankt-Peterburqdakı Ukrayna konsuluna edilən xəbərdarlığa qarşı atılmış addımdır: “Bu yanaşma tamamilə qəbuledilməzdir. Ukrayna konsulu qanunsuz hərəkətlər edərkən hadisə üstündə tutulduğu üçün ona Rusiyanı tərk etmək tövsiyə olunub”.

Məlumatda qeyd edilib ki, Rusiya XİN bu addıma cavab vermək hüququnu özündə saxlayır.