"AŞPA prezidenti Rik Daemsin da dediyi kimi, biz təkcə ölkələr haqqında danışmamalı, həm də ölkələrlə danışmalıyıq. Bu, çox vacibdir. O baxımdan bu cür debat mövzuları ilə AŞPA-nı səhv istiqamətə çəkmək istəyirlər”.
APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu sözləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın bü gün başlayan yaz sessiyasında telekonfrans vasitəsilə çıxışında deyib.
O, erməni hərbi əsirləri ilə bağlı mövzunun AŞPA-da debat mövzusu olaraq müzakirə edilməsi təklifinə etiraz edib: “Azərbaycan hər zaman sülh istəyib və artıq bunun üçün əlindən gələnin ən yaxşısını edir. Bu cür debat mövzuları sülh üçün maneələr yaradır. Bu cür mövzuların detallarını bilmədən müzakirəyə çıxarmaq cəhdləri məsələni daha da böyüdür, sülh üçün daha çox maneə yaradır".
Qeyd edək ki, Azərbaycanda guya erməni hərbi əsirlərin saxlanılması barədə məsələ Ermənistandan olan deputatların təklifi ilə AŞPA-nın bu gün başlayan yaz sessiyasının gündəliyinə daxil edilib.