• 27 Aprel 2024
logo
Kreml: Putin Belarusda dövlət çevrilişə cəhdi Baydenlə müzakirə edib

Kreml: Putin Belarusda dövlət çevrilişə cəhdi Baydenlə müzakirə edib

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden telefon danışığı zamanı Belarusda dövlət çevrilişinə cəhd barədə informasiyanı müzakirə ediblər.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Putinin amerikalı həmkarı ilə telefon danışığı zamanı ABŞ xüsusi xidmət orqanları tərəfindən Belarus dövlətinin başçısına qarşı sui-qəsd hazırlığı məsələsini qaldırdığını, lakin cavab ala bilmədiyini açıqlayıb.