• 9 Dekabr 2024
logo
Zaxarova: “Rusiyaya qarşı informasiya müharibəsinin arxasında Vaşinqton dayanır”

Zaxarova: “Rusiyaya qarşı informasiya müharibəsinin arxasında Vaşinqton dayanır”

“Rusiyaya qarşı informasiya müharibəsinin arxasında Vaşinqton dayanır. Bütün bunlar Qərb ölkələrində yığılıb qalan problemlərdən yayınmaq üçün edilir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Rossiya 1” telekanalında yayımlanan “60 minut” verilişində bildirib.

"O ki qaldı Çexiyaya, Avropa Birliyi ölkələrində və ümumiyyətlə Qərbdə problemlərin olduqca çox olduğunu yaxşı başa düşmək lazımdır. Bu problemlərin üstünü örtmək üçün təcili hansısa informasiya-siyasi xarakterli tədbirlərin görülməsi lazımdır. Rusiya - həmin bu kimi hallarda dövriyyəyə buraxılmış, sınanmış bir alətdir. Əlbəttə, bunların arxasında sözsüz ki, ABŞ dayanır. NATO-da hər kəs üzərində rəhbərlik edən ölkə, bu qərb “meynstrim”inin tonunu təyin edə ölkə...”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, Çexiyanın Baş naziri Andrey Babiş aprelin 17-də bəyan edib ki, 2014-cü ildə Vrbetitsada hərbi anbarda partlayış baş verməsində Rusiya xüsusi xidmət orqanlarının əli olmasından şübhələnirlər. Baş nazirin birinci müavini, xarici işlər naziri Yan Hamaçek idə bildirib ki, 18 rusiyalı diplomat 48 saat ərzində ölkədən çıxarılacaq.

Rusiya buna cavab olaraq aprelin 18-də Çexiyanı