• 6 Dekabr 2021
logo
Azərbaycan və Pakistan arasında fövqəladə halların qarşısının alınmasına dair Saziş təsdiqlənib

Azərbaycan və Pakistan arasında fövqəladə halların qarşısının alınmasına dair Saziş təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında fövqəladə halların nəticələrinin qarşısının alınması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.

2021-ci il yanvarın 13-də İslamabad şəhərində imzalanmış Saziş təsdiqlənib.

Qeyd edək ki, sənədə əsasən, sazişin müddəalarının həyata keçirilməsi məqsədilə tərəflər Birgə İşçi Qrup yaradaraq, qrup üzvlərinin sayını, tərkibini, funksiyalarını və iş qaydalarını müəyyən edəcək. Saziş qüvvəyə mindikdən sonra Birgə İşçi Qrupu əməkdaşlıq üzrə kompleks plan işləyib hazırlayacaq və təsdiq edəcək.