• 7 Dekabr 2021
logo
Rusiya Çexiya səfirliyinin 20 diplomatını “persona non-qrata” elan edib

Rusiya Çexiya səfirliyinin 20 diplomatını “persona non-qrata” elan edib

Rəsmi Moskva Çexiyanın Rusiyadakı Səfirliyinin 20 diplomatını “persona non-qrata” elan edib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Çex diplomatları aprelin 19-dək Rusiyanı tərk etməlidirlər.

Qeyd edək ki, bundan əvvəl Çexiyanın Rusiyadakı səfiri Vitezslav Pivonka rus diplomatlarının qovulmasına kəskin etiraz olaraq XİN-ə çağırılmışdı.