• 30 Noyabr 2021
logo
Bu gün AŞPA-nın yaz sessiyası başlayır

Bu gün AŞPA-nın yaz sessiyası başlayır

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası başlayır.

Sessiya zamanı Almaniyanın Nazirlər Komitəsinə sədrliyi münasibətilə, kansler Angela Merkel və Xarici İşlər naziri Heiko Maas iştirak edəcəklər.

Gündəlikdəki mövzulara isə Assambleyanın Avropa Şurasının strateji prioritetlərinə baxışı və Belarusda seçki islahatlarına ehtiyac barədə birgə müzakirələr daxildir. Sessiya çərçivəsində "Aleksey Navalnının 2021-ci ilin yanvarında həbsi" mövzusunda təcili bir debat tələbi də təqdim edilib.

Sessiya aprelin 22-də başa çatacaq.